FotoJet 81

Karaman valisi Tuncay Akkoyun zəlzələ bölgəsində Kahramanmaraş şəhərində Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, görüşdə vali Kahramanmaraşın Türkoğlu rayonunda görülən işlər barədə ətraflı məlumat verib.

T.Akkoyun göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

Daha sonra çıxış edən E.Mirzəyev sona qədər qardaş ölkənin yanında olacaqlarını bildirib:

“Həmişə olduğu kimi, yenə də Türkiyəyə dəstək olacağıq. Keçmiş olsun. Allah bir daha bu acı günləri Türkiyəyə yaşatmasın”.

4ffed9d1 fca9 35f4 b173 9360ae87c8a3 36f4850b bb62 3f7a ba30 19d73cc81132

Paylaş: