kiyev qaranliq

Ukraynanın paytaxtı Kiyevdə genişmiqyaslı elektrik enerjisi kəsintiləri baş verib. Şəhərin bir çox ərazisində işıqların sönməsi nəticəsində küçələr demək olar ki, tam qaranlığa qərq olub.

Globalinfo.az Ukrinform agentliyinə istinadən xəbər verir ki, paytaxtın sağ sahilində yerləşən bəzi ərazilərdə təcili elektrik kəsintiləri tətbiq edilib.

Yayımlanan görüntülərdə şəhərin böyük hissəsinin işıqsız qaldığı əks olunub. Videodan görünür ki, küçələrdə yalnız bir neçə svetofor işləyir, yaşayış binalarının isə ayrı-ayrı mənzillərində işıq yanır.

Məlumata görə, paytaxtda elektrik enerjisinin verilməsində ciddi fasilələr yaranıb. Kəsintilərin səbəbləri və enerji təchizatının nə vaxt bərpa olunacağı ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: