Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb. Tərəflər Tehranla Vaşinqton arasındakı danışıqların gedişini müzakirə ediblər.
Globalinfo.az -ın xəbərinə görə, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, telefon danışığı zamanı regional gündəmdəki digər məsələlərə də toxunulub.
Qeyd edək ki, İran-ABŞ danışıqları Yaxın Şərqdəki gərginliyin azaldılması baxımından diqqət mərkəzindədir.
Əliyar Xəlil