Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin Rəqəmsal kriminalistika və insidentlərə reaksiya mərkəzinə rəhbər təyin edilib.
Globalinfo.az plat.az-a istinadən xəbər verir ki, bu vəzifə Sənan Vəlizadəyə həvalə olunub.
S.Vəlizadə bundan öncə qurumda baş mütəxəssis vəzifəsində çalışıb.
Qeyd edək ki, Agentliyin İdarə heyətinin sədri Fərid Zeynalovdur.