Zelenskij 1

Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalı hərbi əsirlərin və Rusiya tərəfindən aparılan uşaqların geri qaytarılması məsələsinin Rusiya Prezidenti Vladimir Putinin qərarından asılı olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, Zelenski bu barədə 30-cu İbero-Amerika Sammitinin iştirakçılarına videomüraciətində danışıb.

O, ABŞ-ın birinci xanımı Melaniya Trampın iştirakı ilə Xerson vilayətinin Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirildiyini deyib. Zelenskinin sözlərinə görə, əməliyyat zamanı döyüşlər dayandırılıb və müvəqqəti sakitlik yaranıb.

“Əsl sakitlik hökm sürürdü. Heç bir hücum olmadı. Biz insanların həyatını xilas etdik”, – deyə Ukrayna lideri vurğulayıb.

Zelenski vurğulayıb ki, ukraynalı hərbi əsirlərin və Rusiyaya aparılan uşaqların vətənə qaytarılması Moskvanın qərarından asılıdır.

“Putin nə vaxt istəsə, onlar evlərinə qayıdacaqlar”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: