4cb0e9dd 457a 4059 8d8b 319c0c001e5c

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Globalinfo.Az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

“Hazırda Bakıda müşahidə edilən küləkli və yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib”, – NİİM-dən bildirilib.

Qeyd olunub ki, bununla bağlı mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi aktivləşdirilib:

“Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”.

Paylaş: