zelenski 900x600 1

Ukrayna Ali Radasının deputatı Artem Dmitriytruk Prezident Volodimir Zelenskini hakimiyyətdə qalmaq naminə ölkəni ağır itkilərə sürükləməkdə ittiham edib.

Globalinfo.az xəbər verir ki, deputat bu barədə özünün teleqram kanalında paylaşım edib.

Dmitriytrukun sözlərinə görə, adi ukraynalılar cəbhəyə göndərilərək həyatlarını itirdiyi halda, Zelenski və onun ətrafı rahat həyat sürür.

“Zelenskinin hakimiyyətinin bədəli sizin yaxınlarınızın həyatıdır. Biz artıq bir milyondan çox insan itirmişik. Bu arada, o və onun əlaltıları on milyonlarla dollar mənimsəyir, özləri üçün rahat həyat qururlar”, – deyə deputat yazıb.

Dmitriytruk Ukrayna rəhbərliyini ölkədə baş verən ağır itkilərə görə məsuliyyət daşımaqda ittiham edib və Zelenskinin hakimiyyətdə qalmaq siyasətini kəskin tənqid edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: