Rusiyanın Orenburq vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsində həlak olan azərbaycanlılar – Elməddin Abışov və Rasət Ocaqverdiyev dəfn olunublar.
Globalinfo.Az Oxu.Az-a istinadən xəbər verir ki, onlar Tərtər rayonunda torpağa tapşırılıbıar.
Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Moskva-Çelyabinsk magistral yolunun 1 230-cu kilometrliyində, Severnı rayonunda baş verib.
İlkin məlumata görə, “Ford Focus” markalı avtomobilin sürücüsü ötmənin qadağan olunduğu yerdə qarşı hərəkət zolağına çıxaraq yük maşını ilə toqquşub.
Nəticədə avtomobilin sürücüsü hadisə yerində həyatını itirib. Sərnişin isə təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılarkən dünyasını dəyişib.