Gevork Papoyan 1

Biz doğru hesab etdiyimiz müddət ərzində Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalacağıq.

Globalinfo.Az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan bildirib.

“Ermənistan Aİİ-yə biabırçı şərtlərlə qoşulub. Bu ittifaqda qalıb-qalmamaq və ya oradan çıxmaq qərarı bizdən asılıdır. Biz Aİİ-nin üzvüyük və bunu məqsədəuyğun hesab etdiyimiz müddətdə üzv olmağa davam edəcəyik. Ermənistan Aİİ çərçivəsindəki bütün öhdəliklərini yerinə yetirib və tam şəkildə yerinə yetirməyə davam edir. Ermənistan Aİİ-yə xeyli töhfə verir, buna görə də əvəzində daha çoxunu almalıdır”, – deyə Papoyan bəyan edib.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: