Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaini Kremldə qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
“Prezident Vladimir Putin Kremldə Moskvada səfərdə olan İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaini qəbul edib”, – deyə Peskov bildirib.
Qeyd edək ki, bundan əvvəl “Tasnim” agentliyi Putinlə Möhsün Rezai arasında telefon danışığının baş tutduğunu xəbər vermişdi. Tərəflər söhbət zamanı Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.
Əliyar Xəlil