
Türkiyədə toyuq ətindən zəhərlənənlərin sayı 133 nəfərə yüksəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Son məlumata görə, işçilər 10 fərqli fabrikdən olub. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
*** 22:28
Türkiyənin Samsun şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Eyni yemək şirkəti tərəfindən hazırlanan toyuq yeməyini yeyən 126 işçi xəstəxanaya yerləşdirilib.
Hadisə bölgədəki 7 fabrikdə qeydə alınıb. İşçilər toyuq yeməyindən sonra qusma, hərarət, ürəkbulanma və başgicəllənmə kimi şikayətlərlə xəstəxanaya müraciət ediblər. Onların vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.
Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmaya başlayıblar.
Aysel Əliyeva
Globalinfo.az