tehran 99 900x600 1

İranda saxta spirtli içkilərin qəbulu ağır nəticələrə səbəb olub. 

Globalinfo.az xəbər verir ki, son 10 gün ərzində ölkənin beş əyalətində 466 nəfər zəhərlənib, onlardan 32-si həyatını itirib.

Bu barədə İran Hüquq-Mühafizə Qüvvələrinin sözçüsü Səid Müntəzərül-Mehdi məlumat verib.

Onun sözlərinə görə, son səkkiz ayda ölkə üzrə 4,5 milyon litrdən artıq kustar üsulla hazırlanmış spirtli içki aşkarlanıb.

Qanunsuz istehsal və satışla bağlı 41 mindən çox şəxs saxlanılıb.

Qeyd edək ki, İranda oxşar hadisə sonuncu dəfə noyabrın 22-də Nişapur şəhərində qeydə alınıb.

Həmin vaxt saxta spirtli içkidən 33 nəfər zəhərlənmiş, onlardan üçü ölmüşdü.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: