Rusiyada sərnişin təyyarəsini eniş zamanı ildırım vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.
Tümen şəhərindən Soçiyə uçan “Yamal” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi Adler hava limanına yaxınlaşarkən təhlükəli hadisə ilə üzləşib.
Məlumata görə, təyyarə təxminən 400 metr yüksəklikdə olarkən ekipaj parlaq işıq parıltıları görüb və güclü gurultu səsi eşidib. Buna baxmayaraq, pilotlar enişi davam etdiriblər. Təyyarə qısa müddət sonra Soçi hava limanına uğurla enib.
Enişdən sonra hava gəmisinə baxış zamanı ildırımın təyyarənin burun hissəsinin boya qatına zərər vurduğu müəyyən edilib. Müvəqqəti təmir işləri aparıldıqdan sonra təyyarənin əsaslı təmirə qədər uçuşlarını davam etdirməsinə icazə verilib.
Safura Bənnayeva
Globalinfo.az