Rusiyada tələbə və işsiz qadınlara 103 min rubl (təxminən 2 131 manat) müavinət ödəniləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Əmək və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2027-ci ildə tələbə və ləğv edilmiş müəssisələrin keçmiş əməkdaşlarına hamiləliyə və doğuşa görə ödənilən müavinətin orta məbləği 103 min rubl (təxminən 2 131 manat) təşkil edəcək.
Müavinəti ali məktəblərin, kolleclərin və əlavə peşə təhsili müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələr, eləcə də müəssisənin ləğvi səbəbindən işdən çıxarılan qadınlar ala biləcəklər.
Bu kateqoriyadan olan qadınlara ödəniş region üzrə əmək qabiliyyətli əhali üçün müəyyən edilmiş yaşayış minimumunun 100 faizi həcmində hesablanır.
Qeyd edək ki, 2027-ci ildə Rusiyada adambaşına düşən yaşayış minimumu 20 227 rubl (təxminən 419 manat), əmək qabiliyyətli əhali üçün isə 22 047 rubl (təxminən 456 manat) müəyyən edilib. Moskvada yaşayış minimumu 26 432 rubl (təxminən 547 manat) olacaq.
Əliyar Xəlil
Globalinfo.az