Rumıniyanın paytaxtı Buxarest şəhərində taekvondo üzrə yeniyetmələr arasında keçirilən Avropa birinciliyində Azərbaycanın iki idmançısı bürünc medala sahib çıxıb.
Bu barədə Globalinfo.az-a Azərbaycan Taekvondo Federasiyasından bildirilib.
Yarışda 29 kq çəki dərəcəsində mübarizə aparan Əsma Abdullazadə və 65 kq-da çıxış edən Yusif Nağızadə üçüncü yeri tutublar.