66492cb44c2db66492cb44c2dc171607160466492cb44c2d966492cb44c2da

Polşa Belarusla sərhəddə yaradılmış bufer zonasının fəaliyyət müddətini daha 90 gün uzadıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilib.

Qərar daxili işlər naziri Marçin Kervinskinin imzaladığı sərəncamla rəsmiləşdirilib.

Nazirliyin açıqlamasına əsasən, müddətin uzadılması sərhəd bölgəsində aparılan əməliyyatlar zamanı təhlükəsizliyin təmin edilməsi və Belarusla sərhədin mühafizəsinin davam etdirilməsi zərurəti ilə bağlıdır.

Qeyd edək ki, Polşanın keçmiş baş naziri Leşek Miller daha əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşnerin Rusiya Prezidenti Vladimir Putin və Ukraynadakı münaqişə ilə bağlı açıqlamasını şərh etmişdi.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: