qirici

NATO müttəfiqləri Baltikyanı ölkələrin hava məkanını pilotsuz uçuş aparatlarından (PUA) qorumaq məqsədilə qırıcı təyyarələr və hava hücumundan müdafiə sistemlərinin istifadəsinin sınaqdan keçirildiyi hərbi təlimlər keçiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.

Nəşrin məlumatına görə, Avropada pilotsuz uçuş aparatlarının hava məkanına müdaxilələrinin kəskin artması fonunda keçirilən təlimlər Baltikyanı regionda mümkün PUA hücumlarına qarşı NATO müttəfiqlərinin koordinasiyalı fəaliyyətini təmin etməyə yönəlib.

Təlimlərdə Belçika, İtaliya, Finlandiya, Türkiyə, eləcə də Litva və Niderland iştirak edib.

Tədbirin əsas məqsədi mümkün pilotsuz uçuş aparatı hücumlarına qarşı hazırlığı yoxlamaq və belə təhdidlərə birgə cavab vermək olub.

Təlimlər çərçivəsində F-16, V/A-18 “Hornet” və “Eurofighter” qırıcı təyyarələri havaya qaldırılıb.

Qeyd edək ki, bundan əvvəl Polşanın Milli Təhlükəsizlik Bürosunun (BNB) keçmiş rəhbəri Yatsek Sivera NATO-nun gec-tez Ukrayna səmasında Rusiya obyektlərini vurmağa başlayacağını bildirib.

Onun sözlərinə görə, Rusiya raketlərinin və pilotsuz uçuş aparatlarının Ukrayna üzərində ələ keçirilməsi konsepsiyası üzərində işə hələ 2022-ci ildə Kiyevin müraciəti əsasında başlanılıb.

Bundan əvvəl isə bir səfir NATO ölkələrinin paytaxtlarında Ukrayna səmasının qorunması məsələsinin müzakirə edildiyini açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: