“İran “iqtisadi müharibə” şəraitindədir”.
Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Hakimiyyət qollarının rəhbərləri sahibkarların qarşılaşdıqları maneələrin aradan qaldırılması üçün əvvəlki yanaşmalardan kənara çıxmağa və müharibə şəraitinin tələblərinə uyğun fəaliyyət göstərməyə qərarlıdırlar.
Sənaye, mədən və ticarət naziri Məhəmməd Ətəbak sahibkarlarla hər gün görüşmək və onların problemlərini araşdırmaq barədə tapşırıq alıb.
Vergi və gömrük məsələləri Əli Mədəni-Zadə, likvidlik, pul və valyuta ilə bağlı problemlər Əbdülnasir Himməti, nəzarət və tənzimləmə məsələləri isə Məhəmmədəli Rəhimi tərəfindən araşdırılacaq. Bütün bu prosesə şəxsən nəzarət edəcəyəm”.
Safura Bənnayeva
Globalinfo.az