İranda milli valyutanın dəyər itirməsi davam edir. Sərbəst valyuta bazarında ABŞ dollarının məzənnəsi ilk dəfə 3 milyon rial həddini keçərək 3 milyon 47 min riala yüksəlib.
Globalinfo.az xəbər verir ki, bu göstərici rialın tarixi minimuma düşdüyünü göstərir.
Sonradan müəyyən qədər möhkəmlənən milli valyuta fonunda dolların məzənnəsi 2,98 milyon riala enib.
Məlumata görə, son bir həftədə dollar 12%, altı ayda 71%, son bir ildə isə 158% bahalaşıb.
Rəsmi məzənnə isə 1 dollar üçün təxminən 1,96 milyon rial təşkil edir.
Əliyar Xəlil
Globalinfo.az