Türkiyənin Zonquldaq vilayətində iki nəfər məktəbin ərazisindən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün büstünü aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Hadisədə şübhəli bilinən şəxslər oğurladıqları büstü metal qəbulu məntəqəsinə satmağa çalışıblar.
Lakin məntəqə əməkdaşları büstü qəbul etməyiblər.
Bundan sonra onlar büstü meşəlik əraziyə atıblar.
Polis əməkdaşları hər iki şübhəlini saxlayıb.
Safura Bənnayeva
Globalinfo.az