puqa

Rusiyanın tanınmış estrada müğənnisi Alla Puqaçova Türkiyədə solo konsert verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə prodüser Andrey Razin sosial şəbəkə hesabında məlumat yayıb.

Onun bildirdiyinə görə, sənətçinin yaradıcılıq gecəsi 2027-ci il mayın 1-də İstanbulda yerləşən “Çırağan Palace Kempinski” hotelində təşkil olunacaq. Təxminən 90 dəqiqə davam edəcək konsertin bileti 6 000 avroya (təxminən 11 200 manat) satılacaq.

Qeyd edək ki, Alla Puqaçova 2022-ci ildə həyat yoldaşı Maksim Qalkinin ardınca övladları ilə birlikdə Rusiyanı tərk edib. Ailə əvvəlcə İsraildə məskunlaşıb, daha sonra Kiprə köçüb. Hazırda Limassolda villa kirayələyərək yaşayırlar.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: