Imagoeconomica putin 3 scaled 1

“GigaChat” süni intellekt köməkçisi son bir ildə xeyli inkişaf edib. Rusiya Prezidenti Vladimir Putinin vətəndaşlarla keçirəcəyi birbaşa xətt öncəsi daxil olan sualların çoxluğu içində “batmağa” imkan verməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə açıqlamasında deyib.

O bildirib ki, Kreml vətəndaşların dövlət başçısına ünvanladığı çoxsaylı sualları təhlil edə biləcək.

“Texnologiya bizə kömək edir, GigaChat dəstək göstərir. Həqiqətən də, o, ötən illə müqayisədə xeyli inkişaf edib”.

Peskov Putinin birbaşa xətti üçün artıq çoxsaylı və kəskin sualların daxil olduğunu açıqlayıb. Onun sözlərinə görə, vətəndaşlar təcili reaksiya tələb edən məsələləri gündəmə gətirirlər.

Qeyd edək ki, bu il Vladimir Putinlə birbaşa xətt əvvəlki illərlə müqayisədə daha tez – dekabrın 10-da keçiriləcək. Kreml tarix seçimini prezidentin ilin son ayı üçün nəzərdə tutulan iş qrafiki ilə əlaqələndirib. Dekabr ayında Putinin regionlara səfərləri, müxtəlif infrastruktur obyektlərinin açılış mərasimləri və digər tədbirlərdə iştirakı planlaşdırılır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: