Gemini Generated Image 6eyl6w6eyl6w6eyl

Avstraliyada metal detektoru ilə aparılan adi axtarış zamanı aşkarlanan nəhəng qızıl külçə dünyanın ən diqqətçəkən xəzinə tapıntılarından birinə çevrilib.

Globalinfo.az xəbər verir ki, Viktoriyanın Kinqover şəhərində yaşayan Kevin Hillier evinin yaxınlığındakı meşəlik ərazidə metal detektoru ilə axtarış apararkən güclü siqnal alıb.

Ərazidə qazıntı işləri aparan fermer cəmi 30 santimetr dərinlikdə 27 kiloqram ağırlığında nəhəng qızıl külçə aşkar edib.

“İnam əli” adlandırılan qızıl külçə indiyədək tapılmış ən böyük bütöv və əridilməmiş qızıl nümunələrindən biri hesab olunur.

Bu nadir tapıntı sahibinin bir gündə milyonçuya çevrilməsinə səbəb olub.

Tahir Turan
Globalinfo.az

Paylaş: