“Rusiya son bir həftədə Ukraynaya 960-dan çox dron, 1600-dən artıq idarəolunan aviabomba və 8 raketlə zərbə endirib”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında paylaşıb.
Onun sözlərinə görə, Rusiya ordusu havaların soyumasından istifadə edərək Ukraynanın enerji sistemini və digər strateji əhəmiyyətli infrastrukturu hədəfə alır:
“Vinnitsa, Kirovoqrad, Rivne, Xarkov və Odessa vilayətlərində yerləşən elektrik yarımstansiyaları hücuma məruz qalıb. Yaşayış məntəqələri də zərbələrdən zərər görüb. Belə ki, gecə saatlarında Odessada Rusiya dronunun çoxmərtəbəli yaşayış binasına çırpılması nəticəsində bir nəfər ölüb.
Zaporojyedə isə yaşayış binalarının yerləşdiyi əraziyə idarəolunan aviabombalar atılıb. Hücum nəticəsində beş nəfər yaralanıb, bir nəfər həyatını itirib”.
Safura Bənnayeva
Globalinfo.az