Rusiyada həbsdə olan Krım tatarı siyasi məhbusun öldüyü bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Krım Tatar Resurs Mərkəzinin idarə heyətinin sədri, Krım Tatar Xalqı Məclisinin üzvü İsgəndər Bariyev məlumat yayıb.
Onun sözlərinə görə, 56 yaşlı Cabbar Bəkirov Rusiya həbsxanasında dünyasını dəyişib. Lakin siyasi məhbusun hansı səbəbdən vəfat etdiyi barədə məlumat verilməyib.
Xatırladaq ki, Bəkirov 2021-ci ildə Rusiya məhkəməsinin hökmü ilə 17 il müddətinə həbs cəzasına məhkum edilmişdi.
Safura Bənnayeva
Globalinfo.az