pavel durov yeni

Teleqram platformasının təsisçisi Pavel Durov İspaniya hakimiyyətinin Avropa İttifaqının Ümumi Məlumatların Mühafizəsi Qaydalarının (GDPR) mümkün pozuntusu üzrə araşdırma başladığını iddia edib.

Globalinfo.az xəbər verir ki, Durovun sözlərinə görə, Teleqram İspaniyadakı istifadəçiləri Baş nazir Pedro Sançesin rəqəmsal azadlıqları məhdudlaşdıra biləcək addımları barədə xəbərdar edib.

O bildirib ki, araşdırmanın başlanmasına İspaniya hökumətinin internet məkanında yeni qaydalar tətbiq etmək planları səbəb olub. Təkliflər arasında 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsi də yer alıb.

Durov deyib ki, belə tədbirlər “İspaniyanı müdafiə adı altında tam nəzarət sahəsinə çevirə bilər”.

Tahir Turan
Globalinfo.az

Paylaş: