“Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ABŞ-ın göndərdiyi xəstəxana gəmisini qəbul etməkdən imtina etdiyinə görə özündən utanmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Ceff Lendri X sosial media səhifəsində yazıb.
O, Danimarka adasının sakinləri ilə söhbətlərdə səhiyyə məsələsinin diqqət çəkdiyini qeyd edib.
Rəsmi şəxsin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya sakinlərinin rifahından narahatdırlar:
“Qrenlandiyalılar əsas tibbi xidmətlərdən məhrumdurlar. Bundan əlavə, mütəxəssis və avadanlıq çatışmazlığı var. Buna görə də insanlar tibbi yardım almaq üçün uzun məsafələrə səyahət etməli olurlar”.
Qeyd edək ki, fevralın 21-də Tramp ABŞ-ın yerli sakinlərə qulluq etmək üçün Qrenlandiyaya üzən xəstəxana göndərdiyini açıqlayıb. Lakin Nilsen Vaşinqton tərəfindən göndərilən gəmini qəbul etməkdən imtina edib.
Əliyar Xəlil
Globalinfo.az