ABŞ-ın Qətərdəki Əl Udeid aviabazasına hücum olacağı gözlənilir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat yayıb.
Bildirilir ki, İranla gərginlik fonunda bazanın boşaldılması tövsiyə olunub.
Qeyd edək ki, Əl Udeid bazası Yaxın Şərqdəki ən böyük ABŞ hərbi bazasıdır. Burada təxminən 10 min əsgər var.
Bir qədər əvvəl İran ABŞ-ın hücum halında regiondakı hərbi bazaları vuracağını açıqlayıb.
Safura Bənnayeva
Globalinfo.az