Trampdan hamını düşündürən suala – Cavab

tracp

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinə sadiq olduğunu bildirib.

Globalinfo.az xəbər verir kii, bu barədə o, “The Atlantic” jurnalına müsahibəsində danışıb.

“Ukrayna ilə bağlı hazırkı vəziyyət belə olmamalı idi. Bu, Co Baydenin günahıdır, Trampın yox. Amma mən bunu dayandırmağa çalışıram”, – Ağ Ev sahibi deyib.

İyunun 13-də ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bəyan edib ki, Vaşinqton Rusiya və Ukraynanın memorandumlarını təhlil edib.

Qeyd edək ki, may ayında D.Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra jurnalistlərə demişdi ki, Ukrayna münaqişəsinin həllində mühüm irəliləyiş əldə olunmasa, Birləşmiş Ştatlar kənara çəkiləcək və işləri Avropaya təhvil verəcək.

Bundan sonra Ağ Ev sahibinin münaqişəyə vasitəçilik etməkdən çəkildiyi istiqamətində iddialar yayılmışdı. Lakin ekspertlərin fikrincə, D.Tramp son müsahibəsi ilə fikirləri təkzib etmiş oldu.

Əliyar Xəlil
Globalinfo.az