Tiflisdə dəhşətli yanğın: 16 yanğınsöndürən gəldi – VİDEO / YENİLƏNDİ

Yanğın artıq söndürülüb.

Globalinfo.az xəbər verir ki, ilkin məlumata görə, yanğın zamanı bina boşaldıldığından xəsarət alan olmayıb, yanğın söndürülüb.

***

Gürcüstanın paytaxtı Tiflisdə yerləşən “Ambassador” hoteldə güclü yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, yanğın binanın üçüncü və sonuncu mərtəbəsində başlayıb.

Məlumatda bildirilir ki, yanğın qısa zamanda şiddətlənib. Hadisə yerinə 16 yanğınsöndürmə briqadası cəlb edilib.