Tramp-Zelenski dueli: Trüdo onu müdafiə etdi

trudo 0

Kanada ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna və Ukrayna xalqının yanında olmağa davam edəcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kanadanın Baş naziri Castin Trüdo ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Ağ Evdə ötən gün baş verən mübahisəyə münasibət bildirərkən qeyd edib.

“Rusiya qanunsuz və əsassız olaraq Ukraynaya təcavüz etdi. Artıq 3 ildir ki, ukraynalılar cəsarətlə və dözümlə mübarizə aparırlar. Onların mübarizəsi hamımız üçün vacib olan demokratiya, azadlıq və suverenlik uğrundadır. Kanada ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna və Ukrayna xalqının yanında olmağa davam edəcək”, – Trüdo sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Volodimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib