İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən ticarət gəmilərinə ən azı iki raket atıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid “X” sosial şəbəkə hesabında yazıb.
“ABŞ rəsmilərindən biri mənə bildirib ki, SEPAH Hörmüz boğazından keçən ticarət gəmilərinə ən azı iki raket atıb”, – B. Ravid qeyd edib.
Onun sözlərinə görə, iki ticarət gəmisi vurulub və ciddi ziyan görüb: “Lakin tələfat yoxdur”.
🚨🇮🇷🚢The IRGC fired at least two missiles at commercial ships transiting through the strait of Hormuz, a U.S. official told me
🚨🇮🇷🚢The U.S. official said two commercial ships were hit and suffered significant damages, but no casualties— Barak Ravid (@BarakRavid) July 7, 2026