Tıxacda qalan sürücülər qarpız kəsib yedilər – VİDEO

Bu gün Bakının cənub istiqamətindəki girişdə yaranan güclü tıxacda maraqlı anlar yaşanıb.

Globalinfo.az xəbər verir ki, xeyli müddət Bayıl qəsəbəsi ərazisində – Salyan şosesindəki tıxacda gözləyən sürücülərdən biri avtomobildən qarpız götürərək kəsib. Digər sürücülərlə birgə qarpızı doğrayan şəxs dilimləri tıxacda gözləyən digər şəxslərə paylayıb.

Həmin şəxs təxminən 2 saat ərzində Lənkərandan Bakıya gəldiyini, lakin paytaxta daxil olandan sonra hərəkətin 40 dəqiqədir dayandığını deyib. Sosial şəbəkələrdə yayılan görüntülər maraqla qarşılanıb.

Qeyd edək ki, bu gündən paytaxtın cənub girişi istiqamətindəki əsas prospektlərdən olan Neftçilər prospektində təmir işlərinə başlanılıb. Nəticədə tıxac yaranıb.