WhatsApp Image 2024 04 03 at 11.11.36

“Xarici oyunçular regionda öz maraqlarını ya Ermənistan, ya da Azərbaycanın tərəfində oynayaraq irəlilədəcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Tevan Poqosyan deyib.

“Bu, böyük şam yeməyi kimidir: ya stolun arxasında oturursan, ya da stolun üzərində yemək qismindəsən. Biz yeməkdən bu şam yeməyinin iştirakçısına çevriləndə regional oyunçular qapımızı döyəcəklər. O vaxta qədər isə Ermənistana heç kim kömək etməyəcək, çünki buna ehtiyac yoxdur”, – Poqosyan bildirib.

Onun sözlərinə görə, tezliklə regionda bütün ölkələrə toxunacaq proseslər yaşanacaq:

“Gürcüstanı oktyabrda çox çətin proseslər gözləyir, Azərbaycanda isə COP29 ərəfəsində daxili siyasi vəziyyəti qarışdırmağa cəhdlər olacaq. Bu fonda Ermənistan məğlub ölkə kimi ayaqlar altında qala bilər. İndi biz uzunmüddətli düşünməliyik, çünki qısamüddətli perspektivdə məğlub tərəfik. Düşmənimiz səhifəni çevirib, hökumətimizin əlinə qələm verib və Ermənistanın nə verməli olduğunu ona diktə edir”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: