Putin 1

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Rusiya neft emalı zavodlarına davam edən hücumlarına cavabın qaçılmaz olacağını bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə yanacaq-energetika kompleksinin inkişaf strategiyası və ekoloji təhlükəsizlik məsələlərinə dair müşavirədə danışıb.

Putinin sözlərinə görə, Kiyev ABŞ Prezidenti Donald Trampın hücumları dayandırmaq çağırışlarına baxmayaraq, Rusiya neft emalı müəssisələrini hədəfə almaqda davam edir.

Rusiya lideri ölkənin neft məhsulları bazarında vəziyyətin mürəkkəb olduğunu da bildirib. Bununla belə, onun sözlərinə görə, oktyabrın əvvəlindəki pik göstəricilərdən sonra əksər regionlarda benzin qiymətləri sabitləşib.

Putin həmçinin Rusiyanın enerji resurslarının Avropaya tədarükünün məhdudlaşdırılması cəhdlərinin avropalılar üçün nəticələri olacağını vurğulayıb.

O, Rusiyanın yeni satış bazarları axtarmağa və etibarlı tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə davam edəcəyini bildirib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: