“Sabah” – “Barselona” qarşılaşması beynəlxalq medianın böyük marağına səbəb olub.
Globalinfo.az Oxu.Az-a istinadla xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Sabah” – “Barselona” oyunu dünyanın müxtəlif ölkələrindən olan media nümayəndələrinin diqqətini cəlb edib.
Bakı Olimpiya Stadionunda təşkil olunan mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın çıxışını 100-dən çox jurnalist izləyib.
Mətbuat konfransında müxtəlif ölkələrdən olan jurnalistlərin iştirakı qarşılaşmaya beynəlxalq səviyyədə göstərilən böyük marağın bariz nümunəsidir.
Qeyd edək ki, “Sabah” – “Barselona” oyunu noyabrın 25-də saat 21:45-də başlayacaq.