Bakı şəhərində iki təhsil müəssisəsinin rəhbərliyində dəyişiklik olub.
Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə 145 nömrəli tam orta ümumtəhsil məktəbinə və “Ankara məktəbi” məktəb-liseyinə yeni direktorlar təyin ediliblər.
Əmrlərə əsasən, Məsmə Cavanşir qızı Əliyeva 145 nömrəli tam orta ümumtəhsil məktəbinin, Tural Taqiyev isə “Ankara məktəbi” məktəb-liseyinin direktoru vəzifəsinə gətirilib.
Qeyd edək ki, Tural Taqiyevin təyinatı ilə bağlı əmri Agentliyin sədri Eşqi Bağırov imzalayıb.
