WhatsApp Image 2026 11 24 at 23.59.54

Baş nazirin sabiq müavini, keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun ailəsinə məxsus olduğu deyilən dəbdəbəli mülklər haqda məlumat yayılıb.

Globalinfo.az bildirir ki, bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, mülklərin sahibi İsmət Abbasovun oğlu Yunis Abasovdur.

Sitat:

“London , Jermyn Street 101-102

Şəkildə gördüyünüz bu binanın birinci və ikinci mərtəbələri (Ground Floor and Lower Ground Floor) Baş nazirin keçmiş müavini (2013–2018), sabiq kənd təsərrüfatı naziri (2004–2013) İsmət Abasovun oğlu Yunis Abasov 2017-ci ildə 10,6 miyon funta alıb.

Keçmiş nazirin oğluna məxsus Y.A. PROPERTY INVESTMENTS LIMITED adından Helix Property Advisors idarəçi şirkət alt qatı 2019-cu ildə 12 illiyinə məşhur Charles Tyrwhitt brend geyimlər şirkətinə 350 min funta icarəyə verib.

Yunis Abasovun 2013-cü ildə 92-94 Borough High Street, London ünvanındakı əmlakının isə təəssüf ki, alış qiyməti məlum deyil”.

WhatsApp Image 2026 11 24 at 23.59.54 2 WhatsApp Image 2026 11 24 at 23.59.54 1

Tahir Turan

Globalinfo.az

Paylaş: