Paşinyan Şahramanyanı buna görə qəbul etmir – Erməni deputat

“Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması beynəlxalq səviyyədə qəbul edilmiş hüquqi faktdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin “Mülki razılaşma” fraksiyasının deputatı Armen Xaçatryan deyib.

“Ermənistana köçən vətəndaşların ölkəmizdə hüquqları təmin olunmalıdır. Biz onlar üçün hər şeyi edəcəyik. Lakin onların geri qayıtmaq hüquqları da var. Bütün dünya bilir ki, Qarabağ Azərbaycanın ərazisidir. Belə olan halda biz onu kimdən xilas etməyi düşünürdük?

Nikol Paşinyanın Şahramanyanı qəbul etməməsinin səbəbi isə vaxtının olmamasıdır. O çox adamı qəbul etmir, bəzən məni də. Çünki vaxtı yoxdur”, – A.Xaçatryan bildirib.

Ayşən Mustafa
Globalinfo.az