5199556003920289444

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Əli Kadırovun Serbiya vətəndaşlığı aldığı məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə mərhum rusiyalı müxalifətçi Aleksey Navalnının yaratdığı Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) məlumat yayıb.

Fondun araşdırmasına görə, Əli Kadırov Serbiya pasportunu 2025-ci ilin iyulunda, 18 yaşında olarkən əldə edib. Sənəd ona “xüsusi xidmətlərə görə” əsaslandırması ilə Əli Ramzanoviç Musayev adı altında verilib. Bildirilir ki, bu adla onun Rusiya pasportu da mövcuddur.

FBK Serbiya vətəndaşlığının verilməsi ilə bağlı qərarı ölkənin rəsmi dövlət bülletenində aşkar etdiyini açıqlayıb. Fond Belqrad hakimiyyətinə müraciət edərək Kadırovun oğlunun pasportunun və vətəndaşlığının ləğvini tələb edib.

Araşdırmada Serbiya pasportu alan digər rusiyalı şəxslərin də adları çəkilib. Onların arasında “Rusiya Vertolyotları” holdinqinin rəhbəri Nikolay Kolesov və MMA döyüşçüsü Fedor Yemelyanenko da var.

Tahir Turan
Globalinfo.az

Paylaş: