Azərbaycanın Ermənistana yüklərin tranzitinə icazə verməsindən sonra bu istiqamətdə daşımalar Azərbaycan və Gürcüstanın nəqliyyat sistemləri vasitəsilə həyata keçirilir.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanın Ermənistana bir sıra malların, ilk növbədə isə neft məhsullarının tədarükünə başlaması da Gürcüstanın nəqliyyat sistemi vasitəsilə həyata keçirilən tranzit sayəsində mümkün olub.
Ceyhun Bayramov Gürcüstanın regionda formalaşan yeni reallıqlar fonunda mühüm rol oynadığını vurğulayıb:
“Gürcüstan Cənubi Qafqazda formalaşan yeni reallıqlar fonunda etimad quruculuğu tədbirlərinə və regionda yeni münasibətlərin formalaşmasına mühüm töhfə verir”.
Zaira Akifqızı
Globalinfo.az