sabah 01 1

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın “Barselona” klubunu qəbul edəcək “Sabah” qarşılaşma öncəsi son məşqini keçirib.

Globalinfo.az İdman.Biz-ə istinadla xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda oyun ərəfəsində görüşün keçiriləcəyi Bakı Olimpiya Stadionunun ot örtüyünə çıxıb.

Hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub. Futbolçular məşqə isinmə hərəkətləri ilə başlayıb, daha sonra müxtəlif çalışmalar yerinə yetiriblər.

Azərbaycan çempionu turnirin əsas mərhələsində keçirdiyi dörd qarşılaşmadan sonra üç xalla turnir cədvəlinin 31-ci pilləsində qərarlaşıb. Kataloniya təmsilçisi isə doqquz xalla beşinci sıradadır.

Sabahkı qarşılaşma klublar arasında rəsmi turnirlərdə ilk duel kimi tarixə düşəcək.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də başlayacaq.

Paylaş: