6b0584e372b406b0584e372b4117955238116b0584e372b3e6b0584e372b3f

Çin Xalq Respublikası Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə dəstəyini davam etdirir.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi məlumat yayıb.

Bildirilib ki, ianənin təqdim edilməsi ilə bağlı mərasim Ağdam şəhərində keçirilib.

Təqdimetmə mərasimindən əvvəl Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey Ağdam rayonuna səfər çərçivəsində ANAMA tərəfindən Nəmirli kəndi ərazisində həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları və Ağdam mobil bazasının maddi-texniki imkanları ilə tanış olub.

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov səfirə mina probleminin miqyası, ərazilərdə aparılan işlər, tətbiq edilən müasir texnologiyalar və minatəmizləmə fəaliyyətinin mövcud vəziyyəti barədə məlumat verib.

Səfir Lu Mey bildirib ki, Çin tərəfi uzun müddətdir humanitar minatəmizləmə sahəsində beynəlxalq yardım və əməkdaşlığın təşviqinə sadiqdir. Ötən ilin aprel ayında iki ölkə dövlət başçılarının şahidliyi ilə Çin və Azərbaycan arasında “Humanitar minatəmizləmə sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd iki ölkə arasında minatəmizləmə sahəsində əməkdaşlığın istiqamətlərini müəyyən edib. Səfir, Çin tərəfinin bu istiqamətdə əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Daha sonra Çin Xalq Respublikasının Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı sənədin təqdimetmə mərasimi keçirilib. Mərasimdə Çinin Azərbaycandakı səfiri Lu Mey və ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov iştirak ediblər.

Qeyd olunub ki, göstərilən dəstək Azərbaycan və Çin arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın inkişafı, azad edilmiş ərazilərin mina və digər partlayıcı sursatlardan təmizlənməsi istiqamətində beynəlxalq dəstəyin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.

6b0584e35e3576b0584e35e35817955238116b0584e35e3556b0584e35e356 6b0584e4931ed6b0584e4931ee17955238116b0584e4931eb6b0584e4931ec 6b0584e3465066b0584e34650717955238116b0584e3465046b0584e346505

Paylaş: