Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynada davam edən müharibənin növbəti bir il ərzində başa çatacağına ümid etdiyini bildirib.
Globalinfo.az xəbər verir ki, o, VK Video platformasında canlı yayım zamanı müharibənin nə vaxt bitəcəyini dəqiq proqnozlaşdırmağın mümkün olmadığını deyib.
“XHƏ-nin nə vaxt başa çatacağını heç kim bilmir, hər şey Uca Tanrının əlindədir. Dəqiq proqnoz verə bilmərəm, amma ümid edirəm ki, XHƏ bir il ərzində bitəcək”, – deyə Kadırov bildirib.
Çeçenistan lideri həmçinin müharibə zonasındakı çeçen döyüşçülərinin qarşıya qoyulan nəticəyə nail olmaq üçün çalışdıqlarını və uğurlar əldə etdiklərini iddia edib.
Tahir Turan
Globalinfo.az