64f5e81c203027341369e589 1

Türkiyə və Azərbaycanla, eləcə də Gürcüstan və İranla enerji əməkdaşlığının inkişaf etdirilməsi Ermənistanın energetika sisteminin dayanıqlığını artıracaq.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan bunu ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

Kostanyan qeyd edib ki, təcrid siyasəti Ermənistan üçün faydalı deyil. Onun sözlərinə görə, enerji əlaqələrinin genişləndirilməsi əlavə iqtisadi fayda verə və energetika təchizatının etibarlılığını artıra bilər.

Türkiyə və Azərbaycanla əməkdaşlıqdan danışan xarici işlər nazirinin müavini izah edib ki, ilkin mərhələdə enerji sistemlərinin ada prinsipləri ilə birləşdirilməsi nəzərdən keçirilir. Gələcəkdə onların tam sinxronlaşdırılması mümkündür ki, bu da Ermənistanın enerji sisteminin Avropa texniki standartlarına uyğunlaşdırılmasını tələb edəcək.

“Türkiyə yüksək texniki və tənzimləyici standartlara uyğun olan Avropa enerji məkanının bir hissəsidir. Bu, yalnız Türkiyə ilə sinxronizasiya deyil, həm də Avropa enerji məkanına qoşulmaq deməkdir”, – Kostanyan vurğulayıb.

O xatırladıb ki, Ermənistan artıq Gürcüstanla enerji infrastrukturunun inkişafı layihələrini həyata keçirir və İranla üçüncü elektrik ötürücü xətti çəkir.

Paylaş: