Ermənistanda TRIPP layihəsi çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlanacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan İctimai Televiziyanın efirində açıqlama verib.
Diplomatın sözlərinə görə, dəmir yolu xəttinin hansı marşrut üzrə çəkiləcəyi artıq məlumdur. Hazırda ərazinin tikintiyə hazırlanması və təmizlənməsi istiqamətində işlər aparılır.
“Bu işlər gələn il dəmir yolunun tikintisinə başlaya bilməyimiz üçün həyata keçirilir”, – deyə Kostanyan vurğulayıb.
Əliyar Xəlil