Şəmkirdə ağır qəza: Ölən və xəsarət alanlar var – FOTO

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsi yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı yük maşını ilə “Lada Priora” markalı minik avtomobili toqquşub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar.

Qəza zamanı bir nəfər hadisə yerində ölüb, xəsarət alanların olduğu bildirilir.