thumbs b c 8fd6202e7510731a8c8bbff2dba2d36d

Livanın cənubunda yerləşən azı beş şəhər İsrail aviasiyasının hücumlarına məruz qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Janoubia” xəbər portalı məlumat yayıb.

Məlumata əsasən, Kfar Tibnit, Mayfadun, Markab, Tallus və El Qantara şəhərlərində Hizbullahın mövqeləri hədəfə alınıb.

Bundan başqa, İsrailə məxsus dronların Deyr Mimas və Əl Jermak ərazilərindəki yerüstü hədəflərə zərbələr endirdiyi bildirilir.

Hakimiyyət orqanlarının məlumatına görə, hücumlar yerli sakinlərin zeytun yığdığı gündüz saatlarında baş verib. Hadisə nəticəsində mülki əhali arasında xəsarət alanlar və ya ölənlər olduğu bildirilir. İtkilərin dəqiq sayı isə hələ müəyyənləşdirilməyib.

Əliyar Xəlil, 

Globalinfo.az 

Paylaş: