
“Barselona”nın müdafiəçisi Pau Kubarsi “Golden Boy” mükafatına layiq görülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə mükafatın mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
19 yaşlı futbolçu Avropanın ən yaxşı gənc oyunçusuna təqdim edilən “Golden Boy” mükafatının qalibi seçilib.
Qeyd edək ki, ötənilki mükafatın sahibi PSJ-nin fransalı futbolçusu Dezire Due olub. Ondan əvvəl isə “Barselona”nın vingeri Lamin Yamal bu mükafata layiq görülüb.
Kubarsi ötən mövsüm “Barselona” ilə İspaniya çempionluğunu qazanıb və ölkə kubokunun sahibi olub.
Əliyar Xəlil,