418487

Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlarında nadir metallar məsələsi gündəmə gətirilməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov RTVI telekanalına açıqlamasında bildirib.

Jurnalistin nadir metallar mövzusunun müzakirə olunub-olunmayacağı ilə bağlı sualını cavablandıran Peskov qısa şəkildə “Xeyr” deyib.

Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında münaqişənin nizamlanmasına dair üçtərəfli danışıqların noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır.

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: